Nisbi tezlik

Bu, mətnin (korpusun) elə hissəsini lüğət vahidinin faizlərlə təmin etməlidir və ödəməlidir ki, bununla onun mühümlüyünü müəyyənləşdirmək olsun.
Nisbi sinonimlər
Nitq
OBASTAN VİKİ
Tezlik
Tezlik (ing. frequency) — vahid zamandakı rəqslərin sayıdır. Düsturla ifadəsi belədir: n = 1 T {\displaystyle n={\frac {1}{T}}} yaxud, n = N t {\displaystyle \mathrm {n={\frac {N}{t}}} } . Burada T - period, N - rəqs sayı,t - zaman, f (yaxud n) isə tezlikdir. Tezliyin vahidi hers adlanır (Hs). Cisim 1 saniyədə 1 tam rəqs edirsə onun tezliyi 1 Hs-dir.
Daşıyıcı tezlik
Daşıyıcı tezlik(carrier frequency)– informasiyanın ötürülməsi üçün istifadə olunan modemlərdə və elektron şəbəkələrdə tətbiq olunan yüksək tezlikli siqnal. Bu siqnal Herslə (Hs) – bir saniyədəki rəqs dövrlərinin sayı ilə ölçülür və informasiyanı kodlaşdırmaq üçün tezliyə və ya amplituda görə modullaşır (müəyyən alqoritm üzrə dəyişir). == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s. == Xarici keçidlər == What is carrier frequency?
Nisbi URL
Nisbi URL – cari sənədlə eyni bir kataloqda olan sənədin birformalı resurs göstəricisi (URL). Məsələn, əgər veb-səhifədə <a href=“doc1.html”> istinadı varsa, onda doc1.html sənədi cari səhifənin yerləşdiyi kataloqda axtarılacaq. Əgər hər iki faylı başqa bir kataloqa, yaxud ayrı-ayrı kompüterlərə köçürsəniz, istinad yenə də düzgün işləyəcək. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Nisbi geoxronologiya
Nisbi geoxronologiya (yun. ge, geo-yer, chronos-vaxt, zaman və logos-elm, təlim) — geoxronologiyanın bir bölməsi olub, süxurların nisbi geoloji yaşının müəyyən edilməsi problemi ilə məşğul olan elm sahəsidir. Nisbi geoxronologiya əsasən stratiqrafiyaya istinad etməklə yanaşı, palentoloji üsuldan və layların ardıcıllığı prinsipindən (Steno qanunu) geniş istifadə edir. Nisbi geoxronologiya mütləq geoxronologiyadan fərqli olaraq, geoxronoloji bölgülərin əhəmiyyəti haqda məlumat vermir.
Nisbi hündürlük
Nisbi hündürlük- Yer səthində iki və ya bir neçə nöqtənin bir-birindən şaquli xətt üzrə olan məsafəsinə deyilir. Nisbi hündürlüyü ölçəndə dəniz səviyyəsi nəzərə alınmır, dərənin dibi, dağın ətəyi və ya zirvəsi sıfır götürülür və başqa bir səviyyəyə nisbətən hesablanır. Məsələn, Azərbaycanda Bazardüzü dağının Babadağına nisbətən hündürlüyünü hesablamaq üçün birincinin hündürlüyündən (4466 metrdən) ikincinin hündürlüyünü (3629 metri) çıxıb nisbi hündürlüyün 837 metr olduğunu tapmaq olar.
Nisbi hərəkət
Nisbi hərəkət (ing. Relative velocity) – seçilmiş hesablama nöqtəsinə nəzərən ölçülən yerdəyişmə. Məsələn, siçanın göstəricisi ekranda yerini dəyişdikdə onun yeni yerinin koordinatları göstəricinin əvvəlki yerinə nəzərən nisbidir. Kompüter qrafikasında və kinematoqrafiyada nisbi hərəkət bir obyektin başqasına nəzərən yerdəyişməsidir. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Nisbi kəmiyyətlər
Nisbi kəmiyyət sosial-iqtisadi hadisələrə xas olan kəmiyyət nisbətlərini göstərir.İki mütləq kəmiyyətin müqayisəsi nəticəsində alınan göstəriciyə nisbi kəmiyyət deyilir. == Nisbi kəmiyyətlərin ifadə formaları == === Əmsal === Nisbi === Faiz === Müasir dövrdə nisbi kəmiyyətlərin ən geniş yayılmış ifadə formalarından biri də faizdir.Müqayisə edilən ədədi müqayisə üçün əsas götürülmüş kəmiyyətə bölüb , 100-ə vurduqda nisbi kəmiyyət faizlə ifadə edilmiş olur. === Promille və prodesimille. === Nisbi kəmiyyətlər əhali və səhiyyə statistikasında çox tez-tez promille (ədədin mində biri) və prodesimille ilə (ədədin on mində biri) ifadə olunurlar.Promilledə müqayisə üçün əsas götürülən kəmiyyət 1000-ə, prodesimilledə isə 10000-ə bərabər götürülür.“Promille” latınca hər 1000-ə düşən, “prodesimille” isə hər 10000-ə düşən mənasında istifadə edilir.Promilledən əhali statistikasında , prodesimilledən isə səhiyyə(tibb) statistikasında geniş istifadə edilir. == Nisbi kəmiyyətin növləri == === Plan tapşırığı (müqavilə öhdəliyi) === Plan tapşırığı nisbi kəmiyyəti hesabat dövrünə nisbətən plan dövrü üçün nəzərdə tutulan göstəricilərin necə dəyişilməsini xarakterizə etmək üçün istifadə edilir. Plan tapşırığı nisbi kəmiyyəti, adətən, faizlə ifadə olunur və onu hesablamaq üçün hesabat dövründə nəzərdə tutulan plan tapşırığı göstəricisini 100-ə vurub müqayisə üçün əsas götürülmüş dövrün faktiki göstəricisinə bölmək lazımdır. Məsələn, Azərbaycan Respublikasının bir bölgəsində 2014-cü ildə 180 ton taxıl istehsal edilmişdir. Həmin bölgədə 2015-ci ildə taxıl istehsalını 240 tona çatdırmaq nəzərdə tutulmuşdur. Buradan plan tapşırığı nisbi kəmiyyəti(240/180)*100=133% təşkil edər. Deməli,2015-ci ildə taxıl istehsalını 33% artırmaq nəzərdə tutulur.
Nisbi ünvan
Nisbi ünvan (ing. relative address, rus. относительный адрес) — kompüterin yaddaşında yeri başlanğıc nöqtədən (baza ünvanından) olan məsafə (sürüşmə) kimi müəyyənləşdirilən sahə (oyuq). Nisbi ünvanı müəyyənləşdirmək üçün, adətən, baza ünvanının üzərinə sürüşmə əlavə olunur. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Nisbi üstünlük
Müqayisəli üstünlük məvhumunu iqtisadiyyata David Rikardo tərəfindən gətirilib. O, 1817-ci ildə yazdığı “Siyasi İqtisadın və Vergi qoymanın Prinsipləri” əsərində Birləşmiş Krallıq və Portuqaliya arasındakı misalda bunu izah edib. Belə ki, Portuqaliyada şərab və geyim istehsalı çox ucuz başa gəlir. Əksinə Birləşmiş Krallıqda isə şərab istehsalı çox baha, geyim istehsalı isə orta qiymətlər hesabına istehsal olunur. Birləşmiş Krallıq ölkədəki tələbatı ödəmək üçün Portuqaliyadan ucuz qiymətə olan şərab idxal edir və bunu geyim ilə ödəyir. Beləliklə, yeni alınan şərab geyim qiymətinə başa gəlib ki, bu da ölkədə istehsal olunandan daha ucuzdur. Nəticə etibarı ilə, Böyük Britaniya şərab istehsalını azaldır və işçi qüvvəsi və kapitalı geyim sektoruna yönəldir və ölkə üçün şərab daha ucuz başa gəlir. Portuqaliya isə geyim sektoru istehsalını azaldır və əsas gücü şərab istehsalına yönəldir və ucuz şərab hesabına daha keyfiyyətli geyim əldə edir. İqtisadi ineqrsiyanın ölkələrə verəcəyi üstünlüklərdən biri də budur.
Yüksək tezlik çəpərləyicisi
Yüksək tezlik çəpərləyicisi - elektrik veriliş xəttinin (EVX) faz naqilinin əvvəlində və sonunda quraşdırılan, yüksək tezlik kanalının işçi tezliyinə yüksək müqavimət göstərən, sənaye tezliyində (50 Hs) isə kiçik müqavimət göstərən elektrotexniki cihazdır. Yüksək tezlik çəpərləyiciləri yüksək gərginlik elektrik veriliş xətlərində (10, 35-750 kV) əks-qəza avtomatikası, rele mühafizəsi, telefon əlaqəsi, telemexanika, modulyasiya olunmuş yüksək tezlik (24-1000 kHs) siqnallarının ötürülməsini təmin etmək məqsədilə yüksək tezlikli kanallar yaratmaq üçün istifadə olunur. Siqnallar faza naqili vəya ildırımötürən trosla ötürülür. Yüksək tezlik çəpərləyicisi yüksəktezlik kanalındakı təsirləri təcrid edən yüksəktezlikli filtirdir. Çəpərləyici tənzimləyici elementə paralel qoşulmuş nüvəsiz güc reaktorundan (nominal induktivliyi 0.25...2.0 mHn olan induktiv dolaq), həmçinin mühafizə qurğusundan ibarətdir. Reaktor bir, iki və ya üç sarğılı dolağa izoləedici materialla sarınmış alüminium (və ya mis) naqildir. Sazlama elementi yüksək tezlik çəpərləyicisini müxtəlif çəpərləmə diapazonuna sazlamağa imkan verir. Sazlama elementi induktiv sarğacdan, kondansatordan və müqavimətdən ibarətdir. Mühafizə qurğuları sazlama elementini ifratgərginlikdən mühafizə etmək üçün nəzərdə tutulmuşdur. Qoruyucu cihaz olaraq, ifratgərginlik məhdudlaşdırıcıları və ya ventil boşaldıcıları götürülə bilər.
Mel tezlik kepstral əmsallar
Mel tezlik kepstral əmsallar – kepstrin filtrlər bankından istifadə edilməklə mel-şkala üzrə paylanmış qiymətləridir. MFCC əlamətlərin çıxarılması alqoritminə aşağıdakı mərhələlər daxildir: seqmentlərə bölmə, sürətli Furye çevirməsi, dəyişilmiş spektrin loqarifmi, diskret kosinus çevirməsi. Adətən, əlamətlər vektorunu formalaşdırmaq üçün MFCC əmsalların sayı 12-yə bərabər seçilir. Enerjinin loqarifmi də 13-cü əmsal kimi əlavə olunur. Ən relevant məlumat ilk 6 əmsalda olur. Əlavə əmsalların götürülməsi konkret hal və diktorla müəyyən edilir. Delta- və delta-delta əmsalları da əlavə etməklə MFCC əlamətlər vektorunun ölçüsü 39-a bərabər ola bilər:• enerji, Δ-enerji, ΔΔ-enerji;• 12 kenstral əmsal;• 12 Δ-əmsal;• 12 ΔΔ-əmsal. == Ədəbiyyat == İmamverdiyev Y.N., Suxostat L.V. "Nitq texnologiyaları üzrə terminlərin izahlı lüğəti ", 2015,“İnformasiya Texnologiyaları” nəşriyyatı, 111 səh.
VFD (tezlik dəyişən sürücü)
Tezlik dəyişən sürücü, VFD (ing. Variable Frequency Drive) —asinxron (və ya sinxron) elektrik mühərrikinin rotor sürətini idarə etmək üçün bir sistemdir.
Nisbi və mütləq rütubətlilik
== Rütubətlilik == Atmosferdə 13 min km3 həcmində su vardır.Havadakı suyun əsas hissəsi buxar halında,qalan isə su damcıları və buz halında olur.Havadakı suyun 86%i okean və dənizlərdən , 14%ə qədər isə quru səthdən daxil olur.Havada olan suyun miqdarı rütubətlilik göstəriciləri ilə təyin edilir.Havanın rütubətliliyi onun əsas elementlərindən biridir.Ona görə də havada olan suyun miqdarı nisbi və mütləq rütubətlik göstəriciləri ilə təyin edilir. == Mütləq rütubətlilik == Mütləq rütubətlilik 1 m3 havada olan suyun miqdarı mütləq rütubətlilik adlanır.O,qramlarla və ya parsial təzyiqin vahidləri ilə ölçülür.Mütləq rütubətlilik temperaturdan asılıdır.Temperatur artdıqca havada olan suyun miqdarı da artdı.Çünki isti havada daha çox buxar saxlamaq qabiliyyətinə malikdir. == Nisbi rütubətlilik == Nisbi rütubət - verilən temperaturda havanın mütləq rütubətinin həmin temperaturada doyan su buxarının sıxlığına nisbətinə bərabər olan fiziki kəmiyyətdir. φ = ρ p ρ 0 ⋅ 100 % {\displaystyle \varphi ={\frac {\rho _{p}}{\rho _{0}}}\cdot 100\%} Burada ρ p {\displaystyle {\rho _{p}}} — havadakı doyan su buxarının sıxlığıˌ φ {\displaystyle \varphi } — havanın nisbi rütubətidir. Nisbi rütubətlilik havanın su ilə neçə faiz doymasını göstərir .Havanın rütubətini ölçmək üçün hiqrometrdən və psixometrdən istifadə olunur. == Həmçinin bax == Rütubət dövranı, Rütubət == Xarici keçidlər == Su buxarı.
вискозиме́трия до́лгий зате́рянно зна́харь петроло́гия пирозо́мы са́ночки чистошерстяно́й замани́ха непринуждённый обчи́ститься эласти́н вкус ресора bankruptcy forwards-area long-case clock lune pastureland pile power loom rain-pipe shirt-button копьеносец многобрачие